Slimfit
  1. MƏTBƏX

Rəngli kartof topları

Rəngli kartof topları
Sakura

Rəngli kartof topları

Bununla iştahsız uşaqlarınızda yeməyə həvəs də oyada bilərsiniz. Yəqin ki, hər kəs evə çağırdığı qonaqları maraqlı görünüşlü yeməklərlə təəccübləndirməyi arzulayır.

Foodinfo.az bu dəfə oxuculara “Rəngli kartof topları” yeməyinin hazırlanma qaydasını təqdim edir. Siz bu yeməklə qonaqları heyrətləndirə, yaxud iştahsız uşaqlarınızda yeməyə həvəs oyada bilərsiniz.

Ərzaqlar :

  • 2 ədəd orta ölçülü kartof
  • 1 xörək qaşığı kərə yağı
  • 100 qram çedar pendiri
  • Duz
  • İstiot
  • Kokos.

Rənglər üçün lazım olan ərzaqlar :

  • 1 ədəd kopuçino bibəri
  • 1 ədəd narın rəndələnmiş yerkökü
  • 0,5 dəstə şüyüd
  • 0,5 dəstə cəfəfri
  • 3 xörək qaşığı qovrulmuş küncüt
  • 3 xörək qaşığı çörəkotu.

Hazırlanma qaydası :

Kartofları qaynadıb qabıqlarını soyuruq, geniş bir qabda çəngəllə əzirik. Kərə yağı, çedar pendiri, duz, istiot və kokosu əlavə edərək yaxşıca qarışdırırıq. Bu qarışıqdan qoz boyda toplar düzəldirik.

  • Yerkökünü sürtkəcdən keçirib 2 dəqiqə tavada qovururuq və kənara qoyuruq
  • Cəfəri və şüyüdü xırda-xırda doğrayıb kənara qoyuruq
  • Kapuçino bibərini xırda kvadrat şəklində doğrayaraq tavada qovururuq
  • Küncüt və çörəkotunu bir yerdə qarışdırıb kənara qoyuruq.

Top şəklinə saldığımız kartofları ayrı-ayrı hazırladığımız kök, kapuçino bibəri, küncüt və çörəkotu qarışımı, göyərtiyə bulayırıq və sonda boşqaba qoyub servis edirik.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR