Dərc edildi: Baxış sayı: 480
"Renault" türklərə iş verəcək
Fransanın "Renault" şirkəti 100 milyon avroluq yatırım həyata keçirib.
"Kommersant.az" xəbər verir ki, məşhur avtomobil istehsalçısı olan şirkət Bursada (Türkiyə) alüminium zavodu tikəcək. Bununla da Türkiyədə ilk dəfə olaraq alüminium mühərrik bloku istehsal olunacaq. Həmin bloklar "Renault"un hibrid avtomobillər üçün hazırladığı yüksək texnologiyalı yeni nəsil motorlarda istifadə ediləcək və məhsulun əksər hissəsi ixrac olunacaq.
Sərmayənin 100-dən çox insana iş yeri yaradacağı, eyni zamanda Türkiyə ticarət defisitinin 2,3 milyard dollara qədər azalmasına yardım edəcəyi bildirilir.
Qeyd edək ki, "Renault"un, "Oyak-Renault Avtomobil"lə 50 illik iş birliyi var. Yeni yatırımla əməkdaşlıq daha 27 il davam edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət