Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Rəna Şirəliyeva: "Siqaret çəkmək dağınıq skleroz xəstəliyinə tutulmaq riskini artırır"

Rəna Şirəliyeva: "Siqaret çəkmək dağınıq skleroz xəstəliyinə tutulmaq riskini artırır"
Sakura

Rəna Şirəliyeva: "Siqaret çəkmək dağınıq skleroz xəstəliyinə tutulmaq riskini artırır"

 "Cinsi yetkinlik yaşlarında qızlarda oğlanlara nisbətən dağınıq sklerozla bağlı risk 2-3 dəfə artıq olur. Bu xəstəliyə daha çox gənclərdə, 3-5 faiz halda isə uşaq yaşlarında rast gəlinir".

"Report" xəbər verir ki, bunu Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri, Nevroloqların Milli Assosiasiyasının prezidenti Rəna Şirəliyeva deyib.

Onun sözlərinə görə, əgər uşaqlarda qohumlar arasında 1-ci dərəcəli dağınıq sklerozlu xəstələr varsa, bu da onlarda riski 2-4 faiz artır.

R.Şirəliyeva qeyd edib ki, uşaqlarda bu xəstəlik daha kəskin və aqressiv başlayır: "Lakin uşaqlarda böyüklərə nisbətən remissiyaya daha tez çatırlar. Belə ki, uşaqlarda xəstəliyin kəskinləşmə dövrü 4 həftəyə kimi ola bilirsə, böyüklərdə bu müddət 8 həftəyə kimi arta bilər. Bundan başqa, uşaqlar böyüklərə nisbətdə orta və ağır əlilliyə daha tez uğrayırlar".

O xatırladıb ki, dağınıq skleroz xəstəliyi daim diqqət mərkəzindədir və ciddi diaqnostik çətinliklər yaradır: "Bəzən dağınıq skleroz xəstələrinə lazım olmayan dərmanlar verilir. Bu da xəstəliyi düzgün müalicə olunmasına maneədir. Siqaret çəkmək və vitamin C çatışmazlığı yüksək risk faktoru kimi qiymətləndirilir. Qəbul edilən dərmanlar əsasən xəstəliyin gedişinə təsir edir və ağırlaşma, eləcə də kəskinləşmənin qarşısını ala bilir". 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR