Dərc edildi: Baxış sayı: 632
Rekordun yeni sahibi: Dünyanın ən yaşlı kişisi
Yaponiyada yaşayan 112 yaşlı Çitetsu Vatanabe dünyanın ən yaşlı kişisi kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.
Bu barədə “Hürriyet” yazıb.
Yaponiyanın Niiqata əyalətində yaşayan, 5 mart 1907-ci il təvəllüdlü Vatanabe uzunömürlülüyün sirrinin “gülümsəmək” olduğunu qeyd edib. Dünyanın ən yaşlı kişisinə qaldığı “qocalar evi”ndə müvafiq sertifikat təqdim edilib.
Əkinçi bir ailənin oğlu kimi dünyaya gələn Vatanabe 20 yaşında Tayvana gedib və 18 il burada yaşayıb. II Dünya Müharibəsində sonra Yaponiyaya geri dönüb, beş övladı olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət