Slimfit
  1. ELM

Rekord dəqiqlikli atom saatı yaradılıb

Rekord dəqiqlikli atom saatı yaradılıb
Sakura

Rekord dəqiqlikli atom saatı yaradılıb

Rekord dəqiqlikli atom saatı yaradılıb

Bu yaxınlarda Amerika Milli standartlar və texnologiyalar institutunun (National Institute of Standards and Technology, NIST) mütəxəssisləri yeni atom saatının yaradılmasını yekunlaşdırdı.  Quraşdırmanın köməyi ilə aparılmış sınaqlar göstərdi ki, yeni saat eyni zamanda üç əsas xarakteristikasına görə rekord göstəricilərinə malikdir.

Bu öz növbəsində o deməkdir ki, bu saatların köməyi ilə çox dəqiq ölçmələr aparmaq olar:Yerin cazibə sahəsinin müxtəlifliyinin nəticəsində yaranan məkan-zaman təhrifləri, ələ keçməyən qara materiyanın çox zəif siqnallarının ölçülməsi və s.

Yeni atom saatlarının nüvəsi bir min itterbium atomudur ki, lazer işığı şüalarından ibarət olan “tor”un çərçivəsində saxlanılır. Bu şüaların enerjisi atomları metronom kimi dəyişməyə məcbur edir, onlar daim bir enerji vəziyyətindən digərinə və əksinə keçir. Bu dəyişikliklərin ölçülməsinin yeni texnologiyası, üstəlik minlərlə atomların eyni zamanda sinxron “işi” yeni saatlara inanılmaz dəqiqliklə vaxtı hesablamağa imkan verir.

Belə saatlarda bir saniyə səhvi 300 milyon ildən çox yığıla bilər. Yuxarıda göstərildiyi kimi, yeni saatlar üç parametr - sistemli qeyri-müəyyənlik, stabillik və təkrarlılıq üzrə rekord göstəricilərinə malikdir ki, bu da yeni istilik və elektrik müdafiə texnologiyasının köməyi ilə əldə edilmişdir. Sistemli qeyri-müəyyənlik atom saatlarının atom dəyişikliklərinə nə dərəcədə dəqiq olduğunu göstərir. Ölçülərə görə yeni saatlar sistemli qeyri-müəyyənliyi 10^18 üzərində 1,4 hissə səviyyəsində təmin edir.

 

Mənbə: Uazmi.net

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR