Slimfit
  1. DÜNYA

Pentaqon rəhbəri məxfi məlumatları “Signal”da paylaşıb

Pentaqon rəhbəri məxfi məlumatları “Signal”da paylaşıb
Sakura

Pentaqon rəhbəri məxfi məlumatları “Signal”da paylaşıb

Pentaqon rəhbəri Pit Heqset həyat yoldaşı, qardaşı və vəkilinin də daxil olduğu “Signal” mesencerinə ABŞ-nin Yəmənə zərbələri ilə bağlı ətraflı məlumat göndərib.

 

Ens.az Report.az-a istinadən xəbər verir ki,bu barədə “New York Times” öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Pit martın 15-də Pentaqon əməkdaşı olmayan həyat yoldaşı Cennifer, qardaşı Fil və orduda işləyən şəxsi vəkili Tim Parlatore ilə söhbətində husi syançılarının mövqelərinə zərbələr endirən “F/A-18 Hornet” döyüş təyyarələrinin uçuş cədvəlini paylaşıb.

Qrup Pentaqon rəhbəri tərəfindən şəxsən yaradılıb və orada həyat yoldaşından əlavə Heqsetin yaxın çevrəsindən olan 10-a yaxın adam, o cümlədən məlumat sızması səbəbindən işdən çıxarılan iki məmur da olub və “Müdafiə | Komandanın görüşü” adlandırılıb.

 

Üstəlik, Amerika hərbi idarəsinin rəisi çatda ünsiyyət qurmaq üçün iş telefonundan deyil, şəxsi telefonundan istifadə edib. Qəzetin yazdığına görə, söhbətdə adətən təşkilati və inzibati məsələlərlə bağlı məlumatlar müzakirə olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR