Slimfit
  1. DÜNYA

London ABŞ-dən asılılığını azaltmaq üçün artilleriya mərmilərinin istehsalını artıracaq

London ABŞ-dən asılılığını azaltmaq üçün artilleriya mərmilərinin istehsalını artıracaq
Sakura

London ABŞ-dən asılılığını azaltmaq üçün artilleriya mərmilərinin istehsalını artıracaq

Böyük Britaniya ABŞ və Fransadan asılılığı aradan qaldırmaq üçün “RDX” partlayıcı maddələrin və 155 mm-lik artilleriya mərmilərinin istehsalını kəskin artıracaq.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,bu barədə “The Times” qəzetinə istinadən xəbər verir.

İki il ərzində Britaniyanın “BAE” şirkəti haubitsa və özüyeriyən artilleriya qurğular üçün 155 mm-lik mərmilərin istehsalını 16 dəfə artırmağı planlaşdırır.

Nəşrlə müsahibədə “BAE” rəhbər şəxslərindən biri Stiv Kardyu bildirib ki, şirkət heksogen (partlayıcı maddə -Qeyd) istehsalı üçün yeni texnologiya tətbiq etməyə başlayacaq. Onun sözlərinə görə, bütün avadanlıqları standart yük konteynerinin içərisinə yerləşdirilə bilən avtomatlaşdırılmış istehsal müəssisəsi ildə 100 tona qədər partlayıcı maddə yaradacaq. Mərmilər isə “BAE”nin Uelsdəki bu yay açılmalı olan yeni fabrikində hazırlanacaq.

Avropanın ən böyük silah tədarükçüsü olan “BAE” bildirib ki, şirkət Amerika texnologiyası və komponentlərindən istifadə etmədən sursat istehsal etmək niyyətindədir. Bu, şirkətə Beynəlxalq Silah Dövriyyəsi Qaydalarına uyğun olaraq ABŞ-dan heç bir məhdudiyyət olmadan öz məhsullarını digər ölkələrə sərbəst tədarük etməyə imkan verəcək.

“BAE” Böyük Britaniyanın NATO-nun 155 mm-lik artilleriya mərmilərinin yeganə istehsalçısıdır. Hazırda şirkət onları istehsal etmək üçün ABŞ və Fransadan asılıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR