Dərc edildi: Baxış sayı: 487
“Rejimi dəyişmək...” – Trampın İran planı
“Trampın İrandakı rejimi dəyişdirmək məqsədinin olmaması ilə bağlı dedikləri, amerikalıların ölkənin daxili işlərinə birbaşa müdaxiləsi cəhdləri fonunda şübhə doğurur”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Vasili Dandıkin deyib.
Ekspertin fikrincə, Ağ Evin hazırkı rəhbərinin ziddiyyətli açıqlamalar verməsi olduqca səciyyəvidir:
“O, daim fikirlərini dəyişir, gah razılaşacaqlarını deyir, gah da razılaşmanın mümkün olmadığından danışır. Ancaq Tramp üçün bu il ən önəmlisi İran deyil, prezident seçkisi olacaq”.
Dandıkin əmindir ki, ABŞ İrana təzyiq göstərməyə davam edəcək, vəziyyət gərgin olacaq. Ekspertin fikrincə, Vaşinqtonun yeni təxribatlara əl atması mümkündür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət