Dərc edildi: Baxış sayı: 361
Regionlardakı hotellərin fəaliyyəti necə tənzimlənəcək? - AÇIQLAMA
Regionlardakı hotellərin fəaliyyətinin bərpası bilavasitə rayonlara gediş-gəliş açıldıqdan sonra müzakirə edilə bilər.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, rayonlara gediş-gəlişin açılması ilə bağlı konkret qərar yoxdur:
“Bununla bağlı regionlarda hotellərin açılması sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla müzakirə edilə bilər. Amma bu, sonrakı mərhələdir. Bu istiqamətdə də müəyyən müzakirələrin aparılmasına ehtiyac var”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət