Slimfit
  1. TEXNOLOGİYA

Redmi 7A dünyanın ən populyar smartfonlarından biri ola bilər

Redmi 7A dünyanın ən populyar smartfonlarından biri ola bilər
Sakura

Redmi 7A dünyanın ən populyar smartfonlarından biri ola bilər

Ens.az xəbər verir ki, cihaz əvvəlki modellərin ölçülərini saxlayacaq.

Xiaomi Redmi 5A və Redmi 6A şirkətin ən çox satılan smartfonlarıdır. Birinci hələ də dünyanın ən məşhur 10 qurğusundan biridir, ikinci isə birincini tezliklə əvəz edəcək.

Bu yaxınlarda biz ilk dəfə Redmi 7A modeli haqqında məlumat aldıq ki, o da eynilə məşhur olacaq. TENAA bazasında daha əvvəl şəkillər paylaşılsa da indi artıq parametrlər də var.

Beləliklə, yenilik 5,45 düymlük diaqonallı HD+ displey əldə edəcək ki, bu da müasir göstərəcilərə görə kompakt olacaq. Onun ölçüləri 150q çəkidə 146,3 х 70,4 х 9,55 mm təşkil edir.

1,4Qhz tezlikli səkkiz nüvəli naməlum SoC prosessor kimi quraşdırılacaq.  Xatırladaq ki, Redmi 6A SoC MediaTek Helio A22 əsasında hazırlanıb. Əməli yaddaş 2-4QB, fleş yaddaş isə 16-64QB olacaq. Həmçinin 8 və 13 meqapikselli kameraları və 3900 mA/s həcmli akkumulyatoru qeyd etmək olar.

Beləliklə, Redmi 7A əvvəlkindən daha uzun müddət işləyəcək, güclü versiyaları isə ölçünü saxlamaqla daha çox yaddaş əldə edəcək. Platforma haqqında hələlik məlumat yoxdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR