Slimfit
  1. DİN

Rəcət nədir?

Rəcət nədir?
Sakura

Rəcət nədir?

Ola bilsin ki, bəzilərimiz rəcət ilə tanış deyilik. Ona görə də bu bəhsi İmam Sadiqdən (ə) gələn bir hədislə başlasaq daha yaxşı olar. Əziz İmamımız (ə) buyurur: "Rəcət (qayıdış) haqdır və hər kəs ki, ona inanmır, biz Əhli-Beytdən (ə) deyildir". (Tebyan)

Bu mübarək hədisdən üç nəticə çıxartmaq olar:

1. Rəcət haqdır. Yəni, orada batilə yol yoxdur və həyata keçməsi də mütləqdir.

2. Hər kim rəcətə inanmır, Əhli-Beyt (ə) məktəbindən çıxmış deməkdir.

3. Rəcətə etiqad zamanı dildə bəyan etməklə yanaşı, qəlbdə də ona inanmaq lazımdır.

Rəcət nədir?

Rəcətin lüğətdəki mənası "qayıdış" və "yenidən baş vermək" deməkdir. Ancaq dini mənası odur ki, İmam Zaman ağa (ə.f) zühur edən zaman möminlər və kafirlər yenidən dirilərək, bu dünyaya qayıdacaqlar. Qayıtmaqlarının səbəbi isə belə izah edilir ki, möminlər tövhid kəlməsinin dünyada hakim olmasında Həzrətə (ə.f) yardım edəcəklər. Kafirlərdən intiqam alacaqlar və bu intiqam kafirlərin bu dünyada çəkdikləri əzabın bir hissəsi olacaqdır.

Qurana və hədislərə müraciət edən zaman başa düşürük ki, ruhun maddi bədənə qayıtması əvvəllər də olmuşdur. Ona görə də bu hadisənin baş verməsi qeyri-mümkün deyildir. Qadir Allah təbii ki, bu qüdrətə malikdir.

"Sayları minlərlə olduğu halda ölümün qorxusundan (və cihaddan qaçmaq üçün) öz evlərindən çıxan kəslərə (ibrət gözü ilə) baxmadınmı? Onda Allah onlara dedi: "Ölün! (Allah onların ölümünü istədi, onlar da dərhal öldülər)". Sonra onları diriltdi (ki, ölümdən qaçmağın mümkün olmamasını başa düşsünlər). Doğrudan da Allah insanlara qarşı lütf və bəxşiş sahibidir. Lakin insanların çoxu şükür etmirlər". ("Bəqərə" 243).

"Ölümünüzdən sonra sizi (yenidən) diriltdik ki, bəlkə şükür edəsiniz". ("Bəqərə" 56).

"Buna görə də dedik: "(Kəsilmiş inəyin) üzvlərinin bir parçasını ona (öldürülmüş şəxsin bədəninə) vurun (ki, dirilərək öz qatilini tanıtdırsın)". Allah ölüləri bu cür dirildir və Öz (tövhid və qüdrət) nişanələrini sizə göstərir ki, bəlkə düşünəsiniz". ("Bəqərə" 73).

Hədislərin birində oxuyuruq ki, Əbu Bəsir İmam Baqirin (ə) xidmətində idi. Həzrət (ə) ondan soruşur: "İraq əhli rəcəti inkar edirmi?". Əbu Bəsir deyir: "Bəli". Həzrət (ə) buyurur: "Məgər onlar "Nəml" surəsinin 83-cü ayəsini oxumayıblar?". ("(Yada sal), hər bir ümmətdən Bizim ayələrimizi təkzib və inkar edən dəstələri toplayacağımız o gün, onlar(ın ilki və sonuncuları) bir yerdə cəm edilər və tutulub saxlanılar").

Həmçinin Həmad nəql edir ki, İmam Sadiq (ə) məndən soruşdu: "İnsanlar "Nəml" surəsinin 83-cü ayəsi haqqında nə deyirlər?". Dedim: "Deyirlər ki, bu ayə Qiyamət haqqındadır". Həzrət (ə) buyurdu: "Bu cür deyildir. Bu ayə rəcət haqqındadır. Məgər Allah Qiyamət günü bəzilərini məhşur edəcək və qalanlarını boş buraxacaqdır?".

Rəcət haqqında çox sayda hədislərimiz vardır. Əllamə Məclisi buyurur: "Necə ola bilər ki, kimsə İmamların (ə) haqlı olduğunu qəbul edir, 40-da çox İslam aliminin nəql etdiyi 200 səhih hədisə ki, 50 kitabda toplanmışdır, şübhə ilə yanaşar". Nümunə olaraq, İmam Sadiqdən (ə) gələn hədisə nəzər salaq: "O zaman ki, bizim Qaim (ə.f) zühur edər, hər bir möminin qəbirinin yanında bir mələk nida edəcəkdir ki, ey filankəs! Sənin İmamın zahir olmuşdur. Əgər istəyirsənsə, ona qoşul və əgər istəyirsənsə Haqqın kəramətində olasan, elə burada qal!".

İmam Sadiqdən (ə) nəql edilər, "Varis" ziyarətnaməsində də oxuyuruq: "Allahım! Peyğəmbərləri və İmamları şahid tuturam ki, möminəm və rəcətə inanıram".

Beləliklə bu hədislərdən belə nəticəyə gəlmək olur ki, Kərbəla şəhidləri, bütün peyğəmbərlər, İslam Peyğəmbəri (s), Məsum İmamlar (ə), peyğəmbərlərin səhabələri, həmçinin Əhli-beytin (ə) düşmənləri rəcət edəcəklər.

İmam Sadiq (ə) buyurur: "Dünyaya qayıdacaq ilk insan Hüseyn ibni Əli (ə) və vəfalı səhabələri, Yezid ibni Müaviyyə və onun tərəfdaşları olacaqdır. O Həzrət səhabələri ilə bir yerdə yezidlilərdən qisaslarını alacaqlar".

Mənbə: Milli.Az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR