Dərc edildi: Baxış sayı: 334
Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sentyabrın 2-nə olan məlumata əsasən, reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.
Ens.az Report.Az-a istinadən xəbər verir ki,hazırda xəstələrin 136-sı reanimasiyadadır. 14 xəstə isə süni tənəffüs cihazına qoşulub.
Ümumilikdə 2 078 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 36 732 nəfərə, sağalanların sayı 34 116 nəfərə, vəfat edənlərin sayı isə 538 nəfərə çatıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət