Slimfit
  1. İDMAN

"Real"ın baş məşqçisi Zinəddin Zidanın transfer siyahısı yayımlanıb

"Real"ın baş məşqçisi Zinəddin Zidanın transfer siyahısı yayımlanıb
Sakura

"Real"ın baş məşqçisi Zinəddin Zidanın transfer siyahısı yayımlanıb

Fanat.Az xəbər verir ki, "Marca" qəzeti fransız mütəxəssisin rəhbərliyə təqdim etdiyi 5 nəfərlik siyahını əldə edib.
 
İddiaya görə, Zidan yayda rəhbərlikdən Neymar (PSJ), Kilian Mbappe (PSJ), Paul Poqba (Mançester Yunayted), Eden Hazard (Çelsi), Kristian Eriksenin (Tottenhem) alınmasını istəyib.
 
Amma "Real"ın transfer siyahısında daha 4 futbolçunun adı var. Belə ki, qarşıdakı iki ildə transferlərə 1 milyard avro büdcə ayırmağı planlaşdıran Florentino Peres Nqolo Kante (Çelsi), Cengiz Ünder (Roma), Xalidu Kulibali (Napoli) və Miralem Pyaniçi (Yuventus) də Madridə gətirmək niyyətindədi.
 
Qeyd edək ki, Zidanın "Real"a qayıtdıqdan sonra ilk transferi "Portu"dan Eder Militao olub. 50 milyon avroya alınan müdafiəçi komandaya yayda qoşulacaq. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR