Slimfit
  1. İDMAN

“Real” iki Ronaldo qiymətinə oyunçu tapdı

“Real” iki Ronaldo qiymətinə oyunçu tapdı
Sakura

“Real” iki Ronaldo qiymətinə oyunçu tapdı

Madridin “Real” klubunun prezidenti Florentino Peres Kriştiano Ronaldonu hücumda əvəz edə biləcək futbolçu kimi Antuan Qrizmanı görür. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “Don Balon” məlumat yayıb. 

Mənbənin məlumatına görə, Peres Madrid “Atletiko”sunun forvardına 200 milyon avro təklif edib. 27 yaşlı fransalı futbolçu isə hazırkı klubundan ayrılmaq istəmədiyini açıqlayıb. 

Ronaldo iyulda “Real”ı tərk edərək, “Yuventus”a keçib. Turinlilər bu transferə görə Madrid klubuna 100 milyon avro ödəyib. 33 yaşlı futbolçu “Real”ın heyətində oynadığı müddətdə beş dəfə “Qızıl top”un sahibi və beş dəfə Çempionlar Liqasının qalibi olub. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR