Slimfit
  1. CƏMİYYƏT

Rayonlara gediş-gəliş bu tarixdən bərpa edilsin - Deputatdan TƏKLİF

Rayonlara gediş-gəliş bu tarixdən bərpa edilsin - Deputatdan TƏKLİF
Sakura

Rayonlara gediş-gəliş bu tarixdən bərpa edilsin - Deputatdan TƏKLİF

“Əslində, yoluxma sayı ilə bağlı son həftələrin pozitiv dinamikası rayonlara gediş-gəlişə icazə verilməsinə zəmin yaradır. Artıq rayonlar qırmızı zonada deyil, paytaxtda da yoluxma sayı optimallaşır. Əlbəttə, bu, heç bir halda bizdə arxayınlıq yaratmamalıdır və vaksin tapılana və pandemiya lokallaşanadək qaydalara ciddi əməl edilməsinə ehtiyac var”.

Ens.az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib.

Millət vəkili bildirib ki, paytaxtdan rayonlara səfərlər bölgələrin sosial-iqtisadi inkişafı baxımdan da vacibdir: “Çünki son illər bölgələrin real gəlirlərində turizm gəlirlərinin payı artmaqdadır və daxili turizmin inkişafı üçün də səfər məhdudiyyətinin aradan qaldırılmasına ehtiyac var. Bu baxımdan sentyabrda rayonlara gediş-gəliş ilə bağlı icazənin aradan qaldırılması məqsədəuyğundur. Oktyabrdan ali məktəblərdə təhsilin də mərhələli şəkildə başlanacağını nəzərə alsaq, icazənin götürülməsi daha da aktuallaşıb”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR