Slimfit
  1. SİYASƏT

Ramzan Kadırov Fransa Prezidentini tənqid edib

Ramzan Kadırov Fransa Prezidentini tənqid edib
Sakura

Ramzan Kadırov Fransa Prezidentini tənqid edib

Çeçenistanın başçısı Ramzan Kadırov Məhəmməd peyğəmbər haqda nəşr edilən təhqiramiz karikaturaları dəstəklədiyinə görə Fransa Prezidenti Emmanuel Makronu tənqid edib.

Ens.az xəbər verir ki, APA-nın Moskva müxbirinin xəbərinə görə, R. Kadırov bu barədə özünün “Telegram” kanalında yazıb.

“Mən bilmirəm Makron bu bəyanatı verərkən hansı vəziyyətdə olub. Lakin bu cür reaksiyanın nəticələri çox faciəvi ola bilər. Fransa Prezidenti indi özü terrorçuya bənzəməyə başlayır. Təxribatı dəstəkləyərək, o, gizli şəkildə müsəlmanları cinayət törətməyə çağırır. Dünyadakı iki milyard müsəlmanın təhqir edilməsini Makron “söz azadlığı” adlandırır. Makron bilməmiş deyil ki, peyğəmbərin karikaturası inanclı insanlar üçün ağrılı qəbul edilir. İnamın lağ-lağıya qoyulması və parodiya edilməsi Paris ətrafında müəllimin faciəvi sonluğunun səbəbidir”, - deyə R. Kadırov bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR