Slimfit
  1. SİYASƏT

Ramiz Mehdiyev daha bir direktoru vəzifədən uzaqlaşdırdı - Yeni Təyinatlar

Ramiz Mehdiyev daha bir direktoru vəzifədən uzaqlaşdırdı - Yeni Təyinatlar
Sakura

Ramiz Mehdiyev daha bir direktoru vəzifədən uzaqlaşdırdı - Yeni Təyinatlar

Fizika üzrə fəlsəfə doktoru Elman Yusifov AMEA Zoologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib.

APA-ya istinadla xəbər verir ki, bu barədə bu gün AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

İnstitutun direktoru vəzifəsinin icrası müvəqqəti olaraq elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru Elşad Əhmədova həvalə edilib. Həmçinin Akademiya şəhərciyinin müdiri Bayram Babayev vəzifəsindən azad edilərək iqtisad üzrə fəlsəfə doktoru, dosent Pərviz Həsənov həmin vəzifəyə təyin olunub.

Akademik Cavad Abdinov AMEA-nın Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika elmləri doktoru Ayaz Bayramov həmin institutun innovasiyalar və transfer üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Zaur Süleymanov isə həmin institutun elmi katibi vəzifələrinə, riyaziyyat elmləri doktoru Ədalət Axundov AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə, fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü isə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru  vəzifəsinə təyin ediliblər.

***       19:13

AMEA-nın Akademiya şəhərciyinin direktoru Bayram Babayev işdən çıxarılıb. 

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Akademiya şəhərciyinin yeni direktoru vəzifəsinə iqtisad üzrə fəlsəfə doktoru, dosent Pərviz Həsənovu təyin edib. 

Pərviz Həsənov sabah kollektivə təqdim olunacaq.

Qeyd edək ki, Bayram Babayev AMEA-nın keçmiş prezidenti Akif Əlizadənin kadrı kimi tanınır.  (demokrat.az)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR