Slimfit
  1. CƏMİYYƏT

Ramin Bayramlı daha bir vəzifəsindən ayrıldı

Ramin Bayramlı daha bir vəzifəsindən ayrıldı
Sakura

Ramin Bayramlı daha bir vəzifəsindən ayrıldı

Bu ayın əvvəlində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsindən istefa verən Ramin Bayramlı Azərbaycan Tibb Universitetindəki (ATU) işindən də ayrılıb.

Bu barədə ATU-nun mətbuat katibi Günel Aslanova məlumat verib.

G.Aslanova qeyd edib ki, R.Bayramlının ATU ilə bağladığı müqavilənin müddəti başa çatıb:

“Ramin Bayramlı Azərbaycan Tibb Universitetində əvəzçilik müqaviləsi əsasında çalışırdı. Yeni müqavilə üçün müraciət etməyib. Hazırda bizim işçimiz deyil”.

Xatırladaq ki, Ramin Bayramlı 2 dekabr 2019-cu ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin əmrilə TƏBİB-in İdarə Heyətinin sədri təyin edilib. O, 12 sentyabr 2021-ci ildə tutduğu vəzifədən istefa verib.

Mənbə: Modern.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR