Dərc edildi: Baxış sayı: 1099
Ramazanda oruc tutmaq istəyənlər, diqqət! - Bu hazırlıqları görün
Ramazan ayının başlamasına 9 gün qalıb.
Ramazan ayında oruc tutanların sağlam şəkildə qidalanması olduqca vacibdir. Redaktor.az Ramazan ayını sağlam keçirməyin 8 üsulunu təqdim edir:
1. Porsiyaları azaldın
Gün ərzində qəbul etdiyiniz yemək porsiyalarınızı kiçiltməyə ehtiyac var.
2. Su istehlakını artırın
Ramazan ayında ən böyük problem aclıqdan çox susuzluqdur. Ramazandan öncə susuzluğa vərdiş etmək üçün su içməmək çox yanlışdır. Gündə 8-10 stəkan su için.
3. Ağır və yağlı qidalardan uzaq durun
Ramazan ayı öncəsi yağlı, şəkərli və duzlu qidaları azaldın. Qida qəbulunda meyvə və tərəvəzə daha çox üstünlük verin.
4. Duzu azaldın
Duz həm susuzluq gətirir, həm də insanın müqavimət qabiliyyətini azaldır.
5. Yatmazdan 3 saat əvvəl qida qəbulunu dayandırın
Buna əməl etsəniz, iftardan sonra da yemək vərdişiniz olmayacaq və daha rahat mədə ilə oruc tutacaqsınız.
6. Çay və kofeni azaldın
Çay və ya kofe orqanizmin suyunu azaldır.
7. Səhər yeməyi yeyin
Səhər yeməyi yeyən deyilsinizsə, oruc öncəsi səhərlər qalxıb, yeməyə çalışın. Səhər qidalanmasında yumurta, pendir, süd, qatıq, çörək, zeytun, qoz ləpəsi, kompota daha çox üstünlük verin.
8. Mədə probleminiz varsa, mütləq həkimə gedin
Ac olarkən mədədə turşu ifrazı və həzm sisteminin hərəkətliliyi azalır. Uzun müddət ac qalmaq onikibarmaq bağırsaq xorası və qastriti olan xəstələrdə şikayətlərin artmasına səbəb olur. Mədənizdə xora və başqa xəstəlik varsa, mütləq həkimə gedin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət