Slimfit
  1. CƏMİYYƏT

Rafael Cəbrayılovun milyonlarla manat borcu üzə çıxdı

Rafael Cəbrayılovun milyonlarla manat borcu üzə çıxdı
Sakura

Rafael Cəbrayılovun milyonlarla manat borcu üzə çıxdı

Keçmiş deputat Rafael Cəbrayılovdan yeni Baş prokuror Kamran Əliyevə şikayət ediləcək. 

Ens.az Yenisabah.az-a istinadən xəbər verir ki, Rafael Cəbrayılovun borclu olduğu şəxslər artıq keçmiş deputatla bağlı qəti tədbirlər görülməsi üçün yaxın günlərdə hərəkətə keçməyi planlaşdırırlar.

Məlumatda bildirilir ki, onların sayı səkkiz nəfərdir. Mənbə həmin şəxslərin adlarını və keçmiş deputatın onların hər birinə olan borcunun məbləğini deyib:

Məlahət Qurbanova - 580 000 dollar;

Təranə Fətəliyeva  - 300 000 dollar;

Xatirə Nəcəfova - 200 000 dollar;

Yusif Orucov - 200 000 dollar;

Aynur Kazımova - 100 000 dollar;  

Şəfa Məmmədova - 80 000 dollar;

Bəşir Məmmədov - 60 000 dollar;

Allahverdi Səfərəliyev - 30 000 dollar.

Beləliklə, Rafael Cəbrayılovun bu şəxslərə 1 550 000 dollar borcu var. Bu, milli valyutaya çevirdikdə 2 635 000 manat edir.

Bildirilir ki, borclular dəfələrlə keçmiş deputatdan pullarını tələb etsələr də, hər dəfə şirin vədlərlə aldadılıblar. Hətta Rafael Cəbrayılov borcluların müvafiq qurumlara şikayət etməməsi üçün villasını satışa çıxardığını deyərək, kirayə ev tutub. Lakin sonradan bəlli olub ki, keçmiş deputat onları növbəti dəfə aldadıb.

Borclular məsələ ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət ediblər. Müraciətdən sonra Rafael Cəbrayılov idarəyə çağırılıb. Keçmiş deputat hazırda pulu və əmlakı olmadığını desə də, borclarını qaytaracağını vəd edib. İdarədən isə şikayətçilərə məsələnin hərtərəfli araşdırılacağı və müvafiq tədbirlər görüləcəyi bildirilsə də, koronavirus pandemiyası məsələni arxa plana keçirib. Borclular artıq səbr etmək fikrində deyillər. 

Xatırladaq ki, Rafael Cəbrayılov ayrı-ayrı vətəndaşlardan külli miqdarda borc alıb. Borcu vaxtında qaytaracağına zəmanət olaraq, o, deputat vəsiqəsini girov qoyub. Vədinə əməl etmədiyinə görə, onun borclu olduğu şəxslər məsələni ictimailəşdiriblər. Bu, ictimai rezonansa səbəb olub və Rafael Cəbrayılov deputat mandatından imtina etmək məcburiyyətində qalıb.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR