Slimfit
  1. İDMAN

Rafael Ağayev yapon idmançı ilə qarşılaşacaq

Rafael Ağayev yapon idmançı ilə qarşılaşacaq
Sakura

Rafael Ağayev yapon idmançı ilə qarşılaşacaq

Almaniyanın paytaxtı Berlində keçirilən Karate1 Premyer Liqa yarışında öz çəkisində dünyanın bir nömrəli idmançısı olan Rafael Ağayev finala yüksəlib.

Oxu.Az xəbər verir ki, 75 kq çəki dərəcəsində Olimpiya çempionluğuna namizədimiz bütün rəqiblərinə qalib gələrək, həlledici görüşə vəsiqə qazanıb.

O, finalda karatenin vətəni Yaponiyanı təmsil edən Yusey Sakiyama ilə üz-üzə gələcək.

Bundan başqa, Firdovsi Fərzəliyev (60 kq) bürünc medal görüşü uğrunda qazaxıstanlı Qeysər Alpisbayla qarşılaşacaq. Final və bürünc medal görüşləri sabah baş tutacaq.

Ayxan Mamayev, Turqut Həsənov, Pənah Abdullayev (hər üçü 84 kq), Şahin Atamov, Asiman Qurbanlı, Əli Cəfərov (hər üçü +84 kq), Roman Heydərov (kata), həmçinin Fəridə Abiyeva (61 kq) və İrina Zaretskaya (68 kq) bu gün yarışa qatılacaq. 

Qeyd edək ki, Azərbaycandan 15 karateçinin qatıldığı bu yarış Tokio-2020-yə ilk lisenziya xalları verir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR