Slimfit
  1. CƏMİYYƏT

Qusarda elektrik şəbəkəsi sərt qışa hazırdır

Qusarda elektrik şəbəkəsi sərt qışa hazırdır
Sakura

Qusarda elektrik şəbəkəsi sərt qışa hazırdır

Şimal rayonlarından olan Qusarda elektrik enerjisinin paylayıcı şəbəkəsi “Azərişıq” ASC-nin il ərzində gördüyü yenilənmə işləri sayəsində sərt qışa hazırdır və rayonda abonentlərin elektrik təchizatı istənilən hava şəraitində dayanıqlı şəkildə həyata keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, bu barədə virtualaz.org-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, Qusar rayonu ərazisində olan istehlakçıların, xüsusən də əhalinin və dövlət əhəmiyyətli obyektlərin, turizm, sənaye və sosial təyinatlı infrastrukturların enerji təchizatının keyfiyyətinin yüksəldilməsi, abonentlərin dayanıqlı enerji təchizatının təmin olunması məqsədilə "Azərişıq" ASC tərəfindən xeyli işlər görülüb. Belə ki,  Hil kəndində yeni 35/10 kV-luq 4 MVA gücündə yeni yarımstansiya tikilib. Həzrə kəndində 35/0,4 kV –luq 0,1 MVA gücündə yeni yarımstansiya tikilərək istismara verilib.

Həmçinin 35 kV-luq “Quba-Qusar” hava xətti (12,5 km) və 35 kV-luq “Əcəxur” hava xətti (24 km) əsaslı təmir edilib. Elektrik veriliş xətlərində 35 kV-luq 45,22 km , 10 kV-luq 84,5 km naqil və 92,01 km özünüdaşıyan izolyasiyalı kabel xətləri, 7886 ədəd müxtəlif gərginlikli dayaq quraşdırılıb. Bundan əlavə 43 ədəd köhnə tipli KTM müxtəlif gücdə müasir KTM-lə əvəz olunub, 41 ədəd 10/0,4 kV-luq KTM təmir olunub. Avaran, Balaqusar, Hil kəndlərində açıq naqillərdən ibarət olan 0,4 kV-luq şəbəkələrdə yenidənqurma işləri aparılmaqla 0,4 kV-luq ÖİN kabellər çəkilib.

T.Mustafayevin bildirdiyinə görə, 0,4 kV-luq özünüdaşıyan izolyasiyalı kabelin quraşdırılması işləri hal-hazırda Qusar şəhəri Ç.Qurbanov küç, Samur qəsəbəsi, Balaqusar, Xurel, Ləyərqışlaq, İmanqulukənd kəndlərində davam etdirilməkdədir.

“Azərişıq” ASC-nin Qusar Elektrik Şəbəkəsi tərəfindən 24 452 əhali, 2 115 qeyri-əhali abonenti olmaqla , ümumilikdə 26567 abonentə xidmət göstərilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR