Dərc edildi: Baxış sayı: 656
Quru meyvələrdən zərərli E220 maddəsini necə yuyaq?
Bazar və marketlərdə ən müxtəlif adda, faydlalı bildiyimiz quru meyvələr hazırda zahirən çox gözəl görünsə də, onlar da zərərli maddələrlə doludur.
Bir çox meyvələrin xarici görünüşünü cəlbedici etmək, rəngini şux etmək, rəf ömrünü uzatmaq üçün kimyəvi qatqılarla işlənilir. Heç düşünmüsüzmü, nəyə görə özünüz evdə qurutduğunuz əncir və ya ərik mağazadı kimi rəngli, parlaq olmur?
O parlaqlığı vermək üçün meyvəyə dioksid vurulur.
Əgər quru meyvələr qutuda, qabda, paketlənmişdirsə, paketin üzərində E 220 adlı əlavə görəcəksiz. Bu da onun ömrünü uzadır.
Medicina.az quru meyvələri aldıqdan sonra evdə xüsusi olaraq yuyulmasının vacibliyini araşdırıb.
E 220 konservantı orqanizmə düşdükdə fəsadları çox olur. Toksiki zəhərdir. Uşaq orqanizminə düşməsinə heç yol vermək olmaz.
Necə yumalı?
Quru meyvələri bazardan, marketdən gətirən kimi isti kimi su alınmış qabda 30 dəqiqə saxlayın. Kran altında sadəcə yumaq faydasızdır. Bu 30 dəqiqə ərzində suyu azı 4 dəfə dəyişin.
Çalışın su qaynar olmasın, otaq temperaturunda istiyə yaxın olsun. Çünki nə qədər su isti olsa, E220 bir o qədər pis yuyulacaq.
Təmizləndiyini necə yoxlamalı?
Bu metodun quru meyvəni nə dərəcədə zərərli maddədən təmizləndiyini öyrənmək üçün xüsusi metod var. Meyvələri saxladığınız suya bir qədər marqans – çox az əlavə edin. Əgər sonuncu suda konservant varsa, marqans ağaracaq. Yox əgər marqans öz bənövşəyi rəngini saxlasa, deməli, təmiz yumusuz və ya meyvədə hec o konservant olmayıb.
Mənbə: medicina.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət