Slimfit
  1. İDMAN

Qurban Qurbanov: 'İli 'Qarabağ' üçün uğursuz saymaq düzgün olmaz'

Qurban Qurbanov: 'İli 'Qarabağ' üçün uğursuz saymaq düzgün olmaz'
Sakura

Qurban Qurbanov: 'İli 'Qarabağ' üçün uğursuz saymaq düzgün olmaz'

"Hamımız üçün yaxşı olmayan nəticə ilə qrupu başa vurduq. Maraqlı oyun oldu. Meydanda hər şey gördük - həm qollar, həm də qırmızı vərəqə. Futbolçularıma təşəkkür edirəm. Əziyyətlərinə görə məğlub olmadılar".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda Lüksemburq "Düdelanj"ı ilə 1:1 hesablı heç-heçədən sonra söyləyib.

48 yaşlı mütəxəssis bildirib ki, rəqib fərqli sistemlə oynayırdı: "İkinci hissəyə pis başlamadıq. Sadəcə olaraq, qırmızı vərəqə gözlənilməz oldu. APOEL ilə matçdan sonra futbolçular çox məyus idi, sanki mövsüm bitmişdi. Onları toparlamaq lazım idi. Bu gün istəkli idilər. Qol buraxandan sonra riskə getdik, bizi əks-hücumda da tuta bilərdilər".

- Qrupda sınma anı hansı oldu?

- Nəticəyə baxsaq, APOEL-ə səfərdə 1:2 hesabı ilə uduzduğumuz oyun oldu. Hesabı açanda sonra 2 - 3 qol da vura bilərdik. Həmin görüşdən sonra sanki bizim üçün bütün mövsüm bitdi, futbolçular çox məyus idi. Bu gün 3-cü yeri qorumaq haqqında düşünürdük. "Keşlə" ilə kubok matçı da bizim üçün önəmlidir.

- "Qarabağ" qrupda 3-cü oldu. Komandanızın bəxti gətirmədi, yoxsa qanunauyğunluqdur?

- Hər oyunda yaxşı nəticə qazanmaq istəyirik. Bəxtimizin gətirmədiyi matçlar da oldu. APOEL ilə matçlardakı qədər qol epizodu yaratdığımız görüş olmayıb. Ancaq bu o demək deyil ki, APOEL 2-ci yerə layiq deyil.

- Azarkeşlər, futbol ictimaiyyəti artıq "Qarabağ"ın Avropa Liqasında qrupa düşməyi adi qarşılayırlar. Bu barədə nə deyə bilərsiniz?

- Qrup mərhələsi heç də asan deyil. Avropada orta səviyyəli çempionatlar həddindən artıq inkişaf etməyə başlayıb. Əlbəttə, hər il bir addım irəli getmək istəyirik. Ancaq alınmırsa, bundan əl çəkməli deyilik. Mən "Qarabağ"a gələndə komanda neçə il idi çempion ola bilmirdi yaxşı komandalar vardı. Lakin biz çəkinmədik, üzərilərinə getdik və sonda çempion olduq.

- İli "Qarabağ" üçün uğurlu saymaq olar?

- Desəm ki, uğurlu hesab etmək olar - bu, düzgün çıxmaz. Uğursuz adlandırmaq da olmaz. Çempion olduq, hazırda da Premyer Liqada birinci pillədəyik. Qarşıda kubok matçı da var. Ən azından bu mövsüm yenə Avropa Liqasında qrupda oyandıq. "Sevilya" kimi komandanı bura gətirdik. Məncə, uğursuz deməyək. Uğursuz desək, futbolumuz hara qədər gedəcək? Zatən klublarımız bir-bir sıradan çıxacaq. Böyük klubları Bakıda görürüksə, bunu uğursuz saymayaq.

- Jurnalistlər arasında sorğuda yenə ilin məşqçisi seçildiniz. Bir mütəxəssis buna nail olmaq üçün nə etməlidir?

- Jurnalistlər tərəfində olmalıdır? (gülür) həmişə işimə sadiq olmağa çalışmışam. "Qarabağ"da mənə etimad ediblər, bunu doğrultmağa çalışıram. Son illər komanda avrokuboklarda, qruplarda oynayıb. Yəqin ki, buna görə seçiblər.

- "Qarabağ"da nəsil dəyişməyə ehtiyac var?

- Komanda nəticə üçün oynayırsa, nəsil dəyişmək çətindir, risk olar. Son 4-5 ildə Azərbaycana futbolçu gətirmək çətinləşib. Türkiyədə legioner limitinin ləğvi bizim üçün zərbə oldu. Digər tərəfdən, çempionatın səviyyəsi yüksəlməli və daha yaxşı büdcə olmalıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR