Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qurban ətlərində böyük təhlükə…

Qurban ətlərində böyük təhlükə…
Sakura

Qurban bayramı ərəfəsində heyvanlara qida və çəki artırması üçün verilən antibiotiklər həmin heyvan…

“Qurban bayramı ərəfəsində heyvanlara qida və çəki artırması üçün verilən antibiotiklər həmin heyvan əti ilə qidalanan insanın bədəninə keçə bilər. Bu da insanların bədənində bakteriyalara qarşı immunitet qazanmasına səbəb ola bilir”.

Publika.az xəbər verir ki, bu sözləri Ankara Universiteti Qida Gigiyenası və Texnologiya fakültəsinin professoru Haluk Çəlik Qurban bayramı ərəfəsində belə bir açıqlama verib.

Professor heyvanlara ancaq müalicə məqsədilə antibiotik verilməsinin doğru olduğunu bildirib.

“Heyvanlara qidalanma və çəki artımı məqsədilə antibiotik verilməsi doğru deyil. Müalicə məqsədilə verilən antibiotiklərin bədəndən atılması üçün müəyyən müddət lazımdır. Qurbanlıq heyvanın isə prosesdən bir müddət əvvəl bu cür dərmanlardan uzaq olması, kəsimə qədər uyğun bir yerdə saxlanılması lazımdır”.

Professor bildirib ki, bu antibiotiklərin verildiyi heyvanların əti ilə qidalanan insanların bədənində müqavimət yaranır və artıq bu baklteriyalara yoluxanda antibiotiklərlə müalicə effekt vermir.

“Qəbul edilən antibiotik ətlərdə qalıq formasında qalmadığından bu çox da böyük risk daşımır. Lakin heyvanların müxtəlif hissələrinin istifadə edildiyini nəzərə alsaq təsirləri müxtəlif ola bilər. Qurbanlıq heyvanın gün ərzində 2 min kaloridən çox qida qəbul etməməlidir. Heyvan alınarkən onun sağlamlıq sənədinin olması diqqət edilməlidir.Ətin keyfiyyətli olması üçün isə kəsilən kimi bir müddət soyuq yerdə saxlanılması mütləqdir”.

Gülxar

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR