Dərc edildi: Baxış sayı: 653
"Qurban bayramında əfv sərəncamı ola bilərmi?" - AÇIQLAMA
31 iyul və 1 avqust Azərbaycanda Qurban bayramı qeyd ediləcək. Bu gün hər kəsi maraqlandıran suallardan biri də budur ki, Qurban bayramında əfv olacaqmı?
Ens.az xəbər verir ki, bununla bağlı KONKRET.az-a danışan Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid bildirib ki, bu gün ölkə ərazisində pandemiyaya görə karantin rejimi tədbiq edilir: “Tədbiq edilən karantin rejiminə görə Əfv Məsələləri Komissiyasının üzvləri yığışmır. Amma bu Prezidentin müstəsna səlahiyyətidir. Ölkə prezidenti cənab İlham Əliyev hər zaman əfv sərəncamı imzalaya bilər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət