Slimfit
  1. CƏMİYYƏT

Qurban bayramında bunu etmək olmaz - Hacı Şahin

Qurban bayramında bunu etmək olmaz - Hacı Şahin
Sakura

Qurban bayramında bunu etmək olmaz - Hacı Şahin

31 iyul və 1 avqust tarixlərində Azərbaycanda Qurban bayramı qeyd ediləcək. Bu il bayram pandemiya və xüsusi karantin dövrünə təsadüf edir. Belə bir vəziyyətdə qurban kəsmə mərasiminin necə təşkil edilməsi sual doğurur.

Ens.az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a danışan Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, ilahiyyatçı Hacı Şahin Həsənli bildirib ki, qurban kəsimi üçün karantin qaydalarına riayət olunacaq xüsusi yerlər ayrılacaq:

“Tövsiyə edirik, hamı ora müraciət etsin. Epidemoloji durumun pisləşməməsi üçün camaat namazları da təxirə salınacaq. İnsanların bir araya gələrək bu ayinləri icra etməsi yolverilməzdir. Hər kəs evində tək və ya ailəsi ilə bayram namazı qılar, daha sonra isə canlı yayımda bayram xütbələrini dinləyə bilər”.

H.Şahin adətə görə nişanlı qızlara qurbanlıq qoyun aparılmasından və pandemiya şəraitindən bunun nə dərəcədə düzgün olmasından da danışıb:

“Yeni qurulan ailələr bir-birinə qurban payı aparır, onlar da öz növbəsində fəqir qonşularına yardım edirlər. Ailənin təməlləri xeyriyyəçiliklə başlayır. Bu adəti davam etdirmək olar, sadəcə qurban aparmaqla kifayətlənmək lazımdır. Bu il təhlükəli şəraitdə xüsusi yığıncaq və məclislər keçirmək məqsədəuyğun deyil. Yeni ailə adından camaata ət yardımı paylamaq, onların xeyir-duasını qazanmaq yetərlidir. Qurban aparmaq adı ilə evlərdə yığıncaqların keçirilməsinə yol vermək olmaz. Bu, ilk növbədə dini qaydaların pozulmasıdır. Qurani-Kərimdə buyurulur ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın. Buna görə də insanlarımız qaydalara əməl etməlidirlər”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR