Slimfit
  1. AZƏRBAYCAN

"Beşinci kolon”un bu vəziyyətdə hansısa təxribat törətməsinə imkan verilməyəcəyinə şübhə yoxdur - Bəhruz Quliyev

"Beşinci kolon”un bu vəziyyətdə hansısa təxribat törətməsinə imkan verilməyəcəyinə şübhə yoxdur - Bəhruz Quliyev
Sakura

"Beşinci kolon”un bu vəziyyətdə hansısa təxribat törətməsinə imkan verilməyəcəyinə şübhə yoxdur - Bəhruz…

Artıq bütün dünyada, o cümlədən Azərbaycanda koronavirusla mübarizədə həmrəylik göstərilir, dəstək mesajları ünvanlanır, infeksiyadan qorunmaq, onu dəf etmək üçün maarifləndirici işlər aparılır, sərt tədbirlər həyata keçirilir və bunlar yalnız vətəndaşların təhlükəsizliyi, sağlamlığının mühafizəsi üçün atılan addımlardır. Lakin təəssüflər olsun ki, bəlli təxribatçı qruplar - öz içimizdən olan "baltalar" süni ajiotaj yaradır, xalqı təlaşda saxlamağa uğursuz cəhdlər edirlər.

Bu fikirləri Trend-ə açıqlamasında "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin Azərbaycan xalqına ünvanladığı Novruz bayramı təbrikində sözügedən mövzuya toxunmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, belə ünsürlər "beşinci kolon" üzvləridirlər və açıq-aşkar öz düşmənçilik mövqelərini sərgiləyirlər:

"Onların məqsədləri xarici anti-Azərbaycan mövqeli təşkilatlardan sifarişlər alıb, dövlətin möhkəm dayaqlarına qarşı çıxışlar etməkdir. Baxın, sanki dünyanı bürüyən koronavirus pandemiyası həmin ünsürlər üçün dövlət əleyhinə çıxmağa bir vasitə oldu. Yəni belələrinə nə dövlət, nə xalq, nə də millət faktoru maraqlı deyil, maraqlı olan nəyinsə müqabilində düşmənçilik etməkdir. Düşünürəm ki, qanunlarımızın sərtləşdirilməsi belə təxribatçı ünsürlərin yerlərində otuzdurulmasına kifayət qədər zəmin yaradır".

Siyasi ekspertə görə, ölkə başçısı da bu mövqedən çıxış edərək vurğulayıb ki, onların əsas məqsədi Azərbaycanı məhv etməkdir:

"Dövlətimizin rəhbəri açıq şəkildə bəyan etdi ki, Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Yəni "beşinci kolonun" təxribatçıları, əsasən də özlərini "ana müxalifət lideri" kimi ictimai rəyə sırıyan fərdlər bilavasitə nifrətə, qarmaqarışıqlığa, xaos yaratmağa kökləniblər ki, bu da onların düşməndən artıq düşmən olduqlarını sübut edir".

"Əlbəttə ki, onsuz da özlərini xalqdan təcrid edənlər birdəfəlik olaraq sağlam düşüncəli cəmiyyətdən təcrid edilməlidirlər",- deyən "SƏS" qəzetinin baş redaktoru qeyd edib ki, hətta bu təxribatçıların hər biri artıq siyasi virusa çevriliblər:

"Ümumiyyətlə, fövqəladə vəziyyətin də elan olunacağı təqdirdə “beşinci kolon”un nümayəndələrinin təcrid edilməsinin tarixi zərurət olacağı reallığı artıq bütün qeyd edilənləri təsdiqləyir. Ona görə də, hesab edirəm ki, təxribatçı qrupların cəhdləri əbəsdir. Prezidentimizin də vurğuladığı kimi, anti-Azərbaycan qüvvələrin, “beşinci kolon”un, milli satqınların bu vəziyyətdən istifadə edib hansısa təxribat törətməsinə imkan verilməyəcək. Buna kimsənin şübhəsi olmamalıdır".

Bəhruz Quliyev sonda bir daha vətəndaşları məsuliyyətli olmağa və təxribat xarakterli informasiyalara, çağırışlara uymamağa dəvət edib:

"Prezident İlham Əliyev məhz bu amili xalqa çatdırmaqla Azərbaycan dövlətinin bütün hallarda vətəndaşının yanında olduğunu bir daha bəyan etdi. Bu gün bizlərin hər biri Xalq-Dövlət birliyində, vəhdətində etimad və etibarında istənilən təxribatçılıq, düşmənçilik əməllərinin qarşısını almaq əzmində və gücündəyik".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR