Dərc edildi: Baxış sayı: 768
Qul Qaranı - Gülgəz
Başına döndüyüm, qurvan olduğum,
Yoxdu sənin kimi, yaxası Gülgəz.
Alışıb oduna büryan olduğum,
Olarmı sənintək həvəsi Gülgəz.
Can qurban eylərəm o uca boya,
Gözəllik yaraşır qamətə, soya,
Bəzəkli-düzəkli aparam toya,
Yoxdur sənin təki sonası, Gülgəz.
Qaranıyam, oxumadım hecəmi,
Yuxum gəlmir, yatammıram gecəmi,
Çox gəzdim dünyanı, Azərbaycanı,
Öldürür qaşların qarası, Gülgəz.
(Ağbabalı İsgəndərin variantı)
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət