Dərc edildi: Baxış sayı: 528
Qul Məhməd - Qul olmağa gəldim sənə
Bəhey ala gözlü camm
Qul olmağa gəldim sənə.
Könül taxtında sültamm
Qul olmağa gəldim sənə.
Nə yerdəyiz, nə göydəyiz,
Dünü günü fırqətdəyiz,
Əlim erməz həsrətdəyiz
Qul olmağa gəldim sənə.
Evlərinin önü yoldur
Kərəm qıl, aşiqin güldür.
Gərək ağlat, gərək öldür
Qul olmağa gəldim sənə.
Qoynunda turuncu gizli,
Dadlı dili şirin sözlü,
Şahin kimi qara gözlü
Qul olmağa gəldim sənə.
Kərəm eylə məndən qaçma,
Saqın yadlar ilə yatma,
Qəmzən oxun mənə atma,
Qul olmağa gəldim sənə.
Məhəmməd aydır: qulunam,
Başı açıq bir dəlinəm,
Ta əzəldən mühübbinəm
Qul olmağa gəldim sənə
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət