Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qrip və soyuqdəymənin fərqi nədir?

Qrip və soyuqdəymənin fərqi nədir?
Sakura

Qrip və soyuqdəymənin fərqi nədir?

Bir çox insan qrip və soyuqdəymə anlayışlarının sinonim olduğunu düşünür. Halbuki bunlar bir-birində tamamilə fərqli anlayışlardır. Qrip – qrip virusu tərəfindən törədilən infeksion xəstəlikdir. Soyuqdəymə isə konkret xəstəlik deyil, orqanizmin soyuğa məruz qalması ilə yaranan narahatlıqdır.  
Qripin əlamətləri
Öskürək, burun axıntısı, yüksək temperatur – bu əlamətlər soyuqdəymənin olduğu kimi həm də qripin əlamətləri hesab edilir. Amma bu əlamətlər özünü müxtəlif şəkildə büruzə verə bilər. 
Qrip qəflətən temperaturun artması ilə başlayır ki, bu zaman hərarət 39-40 dərəcəyə qədər qalxa bilər. Hərarətlə yanaşı baş və əzələ ağrıları, yorğunluq və s. də müşahidə edilə bilər. 
Proflaktika 
Sağlamlıq üzrə ekspertlər virus xəstəliklərindən qorunmaq üçün əsasən insanların çox olduğu yerlərdən uzaq durmağı və əlləri tez-tez sabunlamağı məsləhət görürlər. Bundan əlavə, mövsümi qriplərdən qorunmaq üçün vaksin olunmaq da çıxış yolu hesab edilir. 
Soyuqdəymədən qorunmağın yolları isə məlumdur. Hələ ki, bu xəstəlikdən qorunmaq üçün  vaksin və ya başqa bir vasitə mövcud deyil. 
Əksər hallarda bu xəstəlik fəsadsız ötüşür. Əgər yüksək hərarət 5 gündən artıq çəkərsə və sağalma getmirsə, xəstəliyin virus və ya bakteriyalar tərəfindən törədildiyini müəyyən edərək. antibiotik istifadə etmək yaxşı olar. 
Qrip zamanı xəstəliyin fəsad vermə ehtimalı yüksəkdir. Bu xəstəliyin ən çox yayılan ağırlaşma hallarından biri pnevmaniyadır. Belə olan halda təcili olaraq xəstənin hospitalizasiyası və həkim nəzarəti altında müalicəsi tələb olunur. 
Qrip və soyuqdəymənin müalicəsi 
Hər iki xəstəliyin müalicəsi zamanı maye qəbulunu artırmaq tələb olunur. Bu. həm hərarətin azalmasına, həm də bəlğəmin orqanizmdən çıxmasına kömək edəcək. 
Bundan əlavə, vitaminlər və ağrıkəsici effektə malik olan qızdırma salan dərmanlar qəbul etmək olar.
 
Mənbə: Tibb.fins.az
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR