Dərc edildi: Baxış sayı: 554
Qrenlandiyada buzlaqlar 20-ci əsrin ortaları ilə müqayisədə 33 faiz daha çox əriyib
Qrenlandiyada buzlaqlar 20-ci əsrin ortaları ilə müqayisədə 33 faiz daha çox əriyib.
ABŞ-ın Boston şəhərindəki Wood Hole Oşinografiya İnstitutunun araşdırmaçıları belə bir qənaətə gəliblər. Araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub.
Tədqiqatçıların sözlərinə görə, böyük buz təbəqələri bu sürətlə əriməkdə davam edərsə, dəniz suyunun səviyəsi 7 metrədək yüksələ bilər.
Dünyada sahillərin yaxınlığında yerləşən 10 böyük şəhərdən 8-nin yüksələn dəniz səviyəsindən təsirlənə biləcəyinə işarə edilib.
Mənbə: Seanews.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət