Dərc edildi: Baxış sayı: 581
Qrenlandiya əriyən buzların suyunu satışa çıxarır
Qrenlandiya hökuməti aysberqlərin əriməsi zamanı yaranan şirin suyu qlobal istiləşməyə görə quraqlıq keçirən regionlara satmaq niyyətindədir. Sonxeber.az-ın məlumatına görə, bu barədə Qrenlandiyanın Sənaye və Energetika naziri Yess Svane məlumat verib.
"Biz təcrübə apardıq və məlum oldu ki, su o qədər təmizdir ki, biz uzun illər ondan istifadə edə bilərik. Hazırda bunu bütün dünyaya deyirik, bizim böyük su mənbəyimiz var və bundan istifadəni təklif edirik.
Qlobal istilər dünyada su qıtlığının səbəblərindən biridir. Min illər ərzində Qrenlandiyada ərimiş buz suyu var. İndi biz anladıq ki, bazara heç kəsdə olmayan məhsulla çıxa bilərik", - deyə nazir bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət