Slimfit
  1. ƏDƏBİYYAT

Qövsi Təbrizi - Onunçün mən sənə yalvarmanam kim, yalvaran çoxdür

Qövsi Təbrizi - Onunçün mən sənə yalvarmanam kim, yalvaran çoxdür
Sakura

Qövsi Təbrizi - Onunçün mən sənə yalvarmanam kim, yalvaran çoxdür

Onunçün mǝn sǝnǝ yalvarmanam kim, yalvaran çoxdür,
Mǝnim könlüm alan yoxdür, sǝnǝ könlün verǝn çoxdür. 

Mǝni dilxǝstǝnin hǝm sǝdqǝsi çox, sorgilǝn halın,
Sǝninçin nǝrgisi-bimarin ǝhvalın soran çoxdür. 

Dili-sǝdparǝmi sǝn algilǝn, ey namüsǝlman kim,
Bugün ol laleyi-sǝdbǝrgi dörd yandan dǝrǝn çoxdur. 

Gözüm nöqsani-naz olmaz, sual et hali-zarım kim,
Mǝnim dǝrdim bilǝn yoxdur, sǝnǝ gǝr bildirǝn çoxdur. 

Qaçan fürsǝt verir nazi-tǝğafül dǝrdi-hicranǝ,
Bǝli ǝhya verǝn azdır vǝ gör nǝ öldürǝn çoxdur. 

Uzaqdır yol, gǝrǝkdir lǝngü lǝngin başa aparmaq, 
Vǝ gǝr nǝ öz sǝmǝndin bir havur yortub-yoran çoxdur. 

Qǝnimǝtdir kimin kim, dideyi-mǝnisi rövşǝndir,
Vǝ gǝr nǝ çeşmi-surǝtbin ilǝ Qövsi görǝn çoxdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR