Slimfit
  1. ƏDƏBİYYAT

Qövsi Təbrizi - Canə etdim dərdi-dil zəbtindən, ey dildar, eşit!

Qövsi Təbrizi - Canə etdim dərdi-dil zəbtindən, ey dildar, eşit!
Sakura

Qövsi Təbrizi - Canə etdim dərdi-dil zəbtindən, ey dildar, eşit!

Canǝ etdim dǝrdi-dil zǝbtindǝn, ey dildar, eşit!
Əndǝlibin sǝrgüzǝştin, ey güli-bixar, eşit!

Yox dilim yalvarmağa ǝzbǝs xumar aludǝyǝm,
Əl-ayağın sǝdqǝsi, ey saqiyi-xunxar, eşit!

Bağrımı qan etdi qǝm, ey yari-sǝngindil, inan
Canımı yandırdı hicr, ey atǝşin rüxsar, eşit!

Rǝhm qıl eşq ǝhlinǝ, kǝs bülhǝvǝsdǝn rǝğbǝtin,
Gǝr eşitmǝzsǝn onu, bari bunu, ey yar, eşit!

Sağǝrü sǝhbayǝ, zalım, ömrülǝrdir tǝşnǝyǝm,
Bir zaman ǝglǝn, sözüm, ey ǝbri-gövhǝrbar, eşit!

Öldürǝrsǝn çünki sǝn axır mǝni bidad ilǝ
Bir nǝfǝs zinharim, ey xunxari-bizinhar, eşit!

Çün bu dǝrdǝ öz-özün, Qövsi, salıbsan mǝn kimi,
Hǝr tǝbibin acı-acı pǝndin, ey bimar, eşit!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR