Dərc edildi: Baxış sayı: 426
Qoşulmama Hərəkatının Bakı sammitində dörd sənəd imzalanması gözlənilir
Qoşulmama Hərəkatının Bakıda keçiriləcək 18-ci Zirvə toplantısında 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin, eləcə də, 60 ölkənin dövlət və hökumət başçısının iştirakı təsdiqlənib.
İnterfax.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov mətbuat konfransında bildirib.
O qeyd edib ki, Bakıda keçiriləcək sammitdə dövlət və hökumət başçılarının, XİN və beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı gözlənilir.
R.Həsənovun sözlərinə görə, sammitdə dörd sənədin qəbulu nəzərdə tutulur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət