Slimfit
  1. COĞRAFİYA

Qonşumuzun milli valyutası çökür, bizim isə ərzaq məhsullarımız bahalaşıb

Qonşumuzun milli valyutası çökür, bizim isə ərzaq məhsullarımız bahalaşıb
Sakura

Rublun ucuzlaşması ərzaq məhsullarının bahalaşmasına səbəb olur

"Rusiya rublu yenidən ucuzlaşmağa başlayıb. Bu ilin fevralında 1 dollar almaq üçün 55 rubl ödəmək lazım idisə, artıq 69 rubldan artıq vəsait tələb olunur. Rusiya pulu "1 dollar 70 rubl" psixoloji həddinə yaxınlaşmaqdadır. Son 1 ayda rubl 11 faizə yaxın dəyər itirib".

 

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə öz "Facebook" səhifəsində iqtisadçı-ekspert Vüqar Bayramov yazıb. O, qeyd edib ki, enerji məhsullarının qiymətinin yüksək və eləcə də Rusiya xarici ticarət göstəricilərinin pozitiv olmasına baxmayaraq, rəsmi Moskva milli valyutasını dəyərsizləşməkdən qoruya bilmir.

"Belə ki, 2017-ci ildə Rusiyanın ixracatı 353 milyard dollar, idxalı isə 238 milyard dollar olub. Bu isə, o deməkdir ki, ötən il Rusiya xarici ticarətində 115 milyard dollar müsbət saldo olub" — deyə ekspert bildirib.

Onun sözlərinə görə, enerji məhsullarının Rusiyanın ümumi ixracatında payı isə 60 faizdir: "Tədiyyə balansında da Rusiyanın vəziyyəti pis hesab edilmir. Amma bunlara rəğmən ABŞ sanksiyaları fonunda rubl dəyər itirməkdədir. Güman olunur ki, Vaşinqton sanksiyaları sərtləşdirərsə, o zaman rublu yeni dalğalanmalardan qorumaq mümkün olmayacaq".

V.Bayramov əlavə edib ki, rublun ucuzlaşması şimal qoşumuzda Azərbaycan məhsullarının bahalaşmasına gətirib çıxarıb: "Belə ki, əgər 1 ay öncə 100 manatlıq məhsulumuzun Rusiyada qiyməti 3676 rubl idisə, indi bu rəqəm 4084 rubladək dəyişib. Bu isə, o deməkdir ki, şimal qonşumuzun milli valyutası ifadəsində hər 100 manatlıq məhsulumuz son 1 ayda Rusiya bazarında 408 rubl bahalaşıb".

"Rubl dəyərsizləşməkdə davam edərsə, qeyri-neft məhsullarımızın Rusiya bazarında rəqabət imkanları azalacaq. Rusiya Azərbaycanın qeyri-neft ixracatında 34 faizə malik olmaqla ixrac etdiyimiz aqrar məhsulların 90 faizə yaxınını aldığını nəzərə alsaq, rublun ucuzlaşmasının ixracatımıza təsirlərini müəyyənləşdirmək çətin olmaz" — deyə ekspert vurğulayıb.



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR