Slimfit
  1. CƏMİYYƏT

Qonşu ölkələrdə karantin rejimi yenidən sərtləşdirilir, Azərbaycanda buna ehtiyac varmı? – EKSPERT RƏYİ

Qonşu ölkələrdə karantin rejimi yenidən sərtləşdirilir, Azərbaycanda buna ehtiyac varmı? – EKSPERT RƏYİ
Sakura

Qonşu ölkələrdə karantin rejimi yenidən sərtləşdirilir, Azərbaycanda buna ehtiyac varmı? – EKSPERT RƏYİ

“Nə qədər ki, ictimai nəqliyyatda sosial izolyasiya qaydalarına əməl olunmayacaq, o qədər də virusun yoluxma statistikasında azalma müşahidə olunmayacaq”. 

Ens.az xəbər verirki,bunu Oxu.Az-a tibb eksperti, professor Adil Qeybulla Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilərmi sualına cavab verərkən deyib. 

Professorun sözlərinə görə, bəzi insanlar karantin qaydalarına riayət etmirlər:

“Cəmiyyət özü qanunlara əməl etsə pandemiyanın tez bir zamanda bitəcəyinin şahidi ola bilərik. Keçən vaxt da, təcrübə də bunu göstərdi. Yoluxmanın yenidən artması qaçılmaz deyil”.

Ekspert əlavə etdi ki, rəsmi məlumatlara inansaq, bu gün Azərbaycanda yoluxma sayı əvvəlki aylara nisbətən azalır:

“Bunu müraciət edənlərin sayından daha aydın bilmək olur. Son günlər müraciət edənlərin sayı azalır”. 

Terapevt Rasif Bağırovun fikrincə, Gürcüstanda, İranda, Türkiyədə yoluxmanın dalğavari olması, artımın müşahidə edilməsi əhalinin çoxluğu ilə bağlıdır. Belə olan halda pandemiya ilə mübarizə aparmaq çətindir. Türkiyə və İran kimi ölkələrdə hələ ki, yoluxmanın çox olmasını anormal saymaq olmaz. Amma Gürcüstanda yoluxma sayının artması yaxşı hal deyil. Ola bilsin ki, turizm ölkəsi olduğu üçün gəliş-gedişlə əlaqəlidir”. 

R.Bağırov isə Azərbaycanda yoluxma sayının azalmasını tibbi maskaların istifadəsi ilə əlaqələndirib:

“Operativ qərargah qaydalara əməl olunması üçün çağrışlar edir. Cəmiyyət isə karantin qaydalarına elə də güclü əməl etmir. Amma buna baxmayaraq əvvəlki aylarla müqayisədə azalma müşahidə olunmaqdadır. Azalmanın səbəbi tibbi maskalardan istifadə olunması faktorudur”. 

Qeyd edək ki, qonşu Gürcüstanda epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq Gürcüstan hökuməti bir sıra məhdudiyyətlər tətbiq etmək qərarına gəlib. Belə ki, 45 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə gündəlik yoluxma sayında yeni anti-rekord qeydə alınıb. Bununla da, Gürcüstanda yubileylər, toylar, şənliklər və digər bu kimi kütləvi tədbirlərin keçirilməsi sabahdan etibarən qadağan ediləcək.

Həmçinin Türkiyə hökuməti koronavirusla mübarizə çərçivəsində ölkənin bütün ictimai yerlərində tibbi maskalardan məcburi istifadəni tətbiq edir. Artan yoluxma halları ilə əlaqədar ölkədə bir sıra karantin tədbirləri sərtləşdirilib. 

Analoji olaraq İranda ötən sutka ərzində 127 nəfər koronavirusdan (COVID-19) ölüb. Ötən 24 saatda 2313 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 393425 nəfərə yüksəlib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR