Slimfit
  1. İDMAN

Qolsuz döyüşçü Konoru rinqə çağırdı: "Çox mırıldanırsan"

Qolsuz döyüşçü Konoru rinqə çağırdı: "Çox mırıldanırsan"
Sakura

Qolsuz döyüşçü Konoru rinqə çağırdı: "Çox mırıldanırsan"

Rusiyalı döyüşçü Aleksandr Karapetyan İrlandiyalı UFC döyüşçüsü Konor Makqreqoru UFC rinqinə çağırıb.

Bizimyol.info xarici mətbuata istinadan xəbər verir ki, bir qolu olmayan Aleksandr öz rəsmi instagram hesabında Konorun son zamanlar səhv sözlər mırıldandığını qeyd edib: "Konor Maknaqets və Aleksandr Karapetyan. Mən sənin fanatın idim... Lakin, böyük məmnuniyyətlə səni sol qolumla və başa zərbəmlə tanış edərdim".

Qeyd edək ki, Karapetyan 18 yaşında ağır xəstəlik nəticəsində sol qolunun bir hissəsini itirib.

Xatırladaq ki, oktyabrın 24-ü Konor mətbuat konfrasında açıqlama vermək üçün Moskvaya yollanıb. Jurnalistlərlə söhbət esnasında o, Dağıstan əsilli döyüşçü Həbib Nurmaqomedovu və onun həmyerlilərini təhqir edib. Nəticədə, Həbibin sevənləri Konorun sözlərinə qəzəblənərək gecə saatlarında onun qaldığı otelin qarşısında toplaşıb. Həmçinin, həmin oteldə məşq edən Konora "butılka" atıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR