Dərc edildi: Baxış sayı: 737
Qohumları Həbib Nurməhəmmədovun döyüşünə buraxılmadı
Qohumları Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun ABŞ təmsilçisi Castin Geyci ilə döyüşündə iştirak edə bilməyəcəklər.
Ens.az "Report"-a istinadən xəbər verir ki, bu barədə 32 yaşlı idmançının meneceri Rizvan Maqomedov TASS-a açıqlamasında deyib.
O bildirib ki, turnir azarkeşsiz keçiriləcəyindən, görüşlərə əlavə şəxslər buraxılmayacaq. Menecer hazırda təhlükəsizliyin prioritet olduğunu söyləyib.
Qeyd edək ki, Həbib Nurməhəmmədov və Castin Geyci arasındakı görüş oktyabrın 24-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidəki "Döyüş adası"nda UFC 254 turniri zamanı gerçəkləşəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət