Slimfit
  1. AZƏRBAYCAN

Qobustan qoruğunda üç mindən artıq ağac əkiləcək

Qobustan qoruğunda üç mindən artıq ağac əkiləcək
Sakura

Qobustan qoruğunda üç mindən artıq ağac əkiləcək

Aprelin 13-də Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bu yaz özün bir təbiət yarat” devizi əsasında başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində kütləvi ağacəkmə aksiyası həyata keçiriləcək.

AZƏRTAC xəbər verir ki, aksiya Mədəniyyət Nazirliyi və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə təşkil olunacaq.

Qobustan qoruğunun Böyükdaş dağına gedən yolun sağ və sol tərəfində, 30 metr zolaqda yerli landşafta uyğun akasiya, nar, əncir, badam, sərv, Eldar şamı və zeytun ağaclarının əkilməsi planlaşdırılır. Aksiya çərçivəsində 3000-dən artıq ağacın əkilməsi nəzərdə tutulub.

Qobustan Milli Tarix-Bədii Qoruğu hər kəsi ağacəkmə aksiyasına qoşulmağa dəvət edir.

Aksiya aprelin 13-ü saat 10:00-da başlayacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR