Dərc edildi: Baxış sayı: 257
Qızılın qiyməti rekord həddə qalxdı
Qızılın qiyməti rekord həddə qalxıb.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Federal Rezerv Sistemi bu il üç faiz endirim proqnozunu saxladıqdan sonra ABŞ dolları və istiqraz gəlirləri azalıb ki, bu da qızılın qiymətinin artmasına səbəb olub.
Spot qızıl sessiya gedişatı zamanı 2 222,39 dollar rekord həddinə çatdıqdan sonra 1% bahalaşaraq bir unsiya üçün 2 208,3 dollar olub.
Qeyd edək ki, ötən gün Federal Rezerv Sistemi faiz dərəcələrini əvvəlki səviyyədə saxlayıb və 2024-cü ilin sonuna qədər 0,75% azaltmağı nəzərdə tutduğunu bəyan edib.
Mənbə: “Reuters”
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət