Slimfit
  1. DÜNYA

“Qızıl Qlobus” mükafatının qalibləri məlum olub

“Qızıl Qlobus” mükafatının qalibləri məlum olub
Sakura

“Qızıl Qlobus” mükafatının qalibləri məlum olub

Los-Anceles şəhərində 2018-ci il ərzində kinematoqrafiya və televiziya sahələrində xidmətlərə görə “Qızıl qlobus” mükafatının 76-cı təqdimetmə mərasimi keçirilib.

İl üzrə “Ən yaxşı dram filmi” nominasiyasında Fredi Merkurinin həyat və yaradıcılığından bəhs edən “Bohem rapsodiyası” filmi “Qızıl qlobus” mükafatına layiq görülüb. “Ən yaxşı dramatik film aktyoru” mükafatını aktyor Rami Malek qazanıb.

"Ən yaxşı dramatik film aktrisası" nominasiyası üzrə “The Vife” adlı ekran əsərindəki roluna görə Glenn Close qalib olub.

Alfonso Kuaron “Roma” filmi üzərində gördüyü işə görə “Ən yaxşı rejissor”, “Yaşıl kitab” filmi "Ən yaxşı film komediya, yaxud muzikl" nominasiyasında “Qızıl qlobus” mükafatı qazanıb.

Kristian Бeyl “Ən yaxşı komediya aktyoru” nominasiyasında “Hakimiyyət” filminə görə qalib olub.

“Qızıl qlobus” mükafatına namizədlər sırasında “A Star Is Born”, “Black Panter”, “Beale Street konuşabilseydi” və “Kara klanovets” filmləri də yer alıb.

 

Mənbə: Strategiya.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR