Slimfit
  1. CƏMİYYƏT

Qız uşaqları təhsil haqqından azad edilsin?

Qız uşaqları təhsil haqqından azad edilsin?
Sakura

Qız uşaqları təhsil haqqından azad edilsin?

Dünya təcrübəsində qız tələbələrin təhsil haqqından azad edilməsi təcrübəsi yoxdur. Universitetə daxil olan qız tələbələri təhsil haqqından azad etməkdənsə, onların yataqxana ilə təminatı təşkil olunmalıdır.

Bu sözləri Axar.az-a təhsil eksperti Elşən Qafarov millət vəkili Musa Quliyev ali məktəbə daxil olub, ödənişli əsaslarla təhsil almaq hüququ qazanan qız tələbələrin təhsil haqqından azad edilməsi ilə bağlı irəli sürdüyü təklifə münasibət bildirərkən deyib.

E.Qafarov bildirib ki, Azərbaycan dünyəvi dövlətdir və gender bərabərliyi olduğu üçün ali məktəbə ödənişli əsaslarla daxil olan xüsusilə qız tələbələrin təhsil haqqından azad edilməsi düzgün olmaz:

“Azərbaycanda heç bir cinsi ayrı-seçkilik yoxdur, istər işə qəbulda, istər təhsil almaqda, istərsə də dövlətin hər hansısa güzəştlərindən yararlanmaqda. O cümlədən də təhsil almağa dövlət təminatı var.

Deputat Musa Quliyevin təklifi olduqca unikal təklifdir. Ancaq Musa müəllimin bu cür təklifi real deyil. Azərbaycan Respublikasında bütün vətəndaşlar qanun qarşısında bərabərdir. Cinsindən, yaşından, sosial vəziyyətindən asılı olmayaraq hər kəsə eyni hüquq tanınıb.

Onu da qeyd edim ki, ümumiyyətlə, belə bir dünya təcrübəsi yoxdur”.

E.Qafarov əlavə edib ki, bu gün qız tələbələrlə bağlı vacib olan əsas məsələ onların yataqxana ilə təmin edilməsidir:

“Xüsusilə bölgələrdən gələn qız tələbələrin əksəriyyəti bu haldan əziyyət çəkir. Yaxşı olardı ki, qız tələbələrin qalması üçün yataqxanalar təşkil edilsin. Hətta bəzi valideynlər qızlarını məhz bu səbəbdən təhsildən yayındırır. Çox valideyn kirayə evlərə etibar etmir. Belə evlərin təhlükəsizliyi təmin edilməyib. Hesab edirəm ki, qız uşaqlarının təhsilində xüsusilə buna diqqət etmək lazımdır. Azərbaycan Dövlət Pedaqoji Universiteti bu adımı atıb, Müəllimlər İnstitutunun həyətində də qız tələbələr üçün yataqxana var. Ancaq bu kifayət etmir. Bütün universitetlər buna çalışmalı, qız tələbələrin təhsil aldığı müddət ərzində yataqxana ilə təmin edilməsi dəstəklənməlidir. Hesab edirəm ki, ümumiyyətlə, qız uşaqlarının sosial müdafiəsinə diqqət ayırmaq daha düzgün olardı”.

 

Mövzuya münasibət bildirən həkim Vaqif Qarayev isə hesab edir ki, qız uşaqları təhsil haqqından azad edilsə, qızlar arasında diplomlu savadsızlar artacaq:

“Hörmətli millət vəkili Musa Quliyevin irəli sürdüyü təklif maraqlıdır. İstənilən halda təklifini dəstəkləyirəm. Biz hamımız təhsilsizliyi cahilliyin səbəbi kimi görürük. Qızlar oxusa yaxşıdır, ancaq diplomlu olmaq hələ savadlı olmaq demək deyil. Cəmiyyətdə bir "150 bal sindromu" var. Diplomlu savadsızlar yetişir. Hər gün şahidi oluruq bunun. Qız və ya oğlan olması da fərq etmir.

Hesab edirəm ki, oxumaq istəyən qızları mütləq oxutmaq lazımdır. Bəli, məhz belə uşaqların təhsilini pulsuz təşkil etmək olar. Əks təqdirdə pulsuzluğa görə təhsildən yayınan uşaq ömür boyu məyusluq yaşayacaq.

Təhsilə meyli olmayanların isə başqa istəklərinə mane olmamalıyıq. Belə uşaqları peşə təhsilinə yönləndirsək yaxşıdır”.

Qeyd edək ki, qaçqın və məcburi köçkünlərin, 20 Yanvar və Qarabağ əlillərinin, şəhid ailələrinin övladlarının təhsil haqlarını dövlət ödəyir. Bundan başqa, valideyn himayəsindən məhrum olunmuş, eləcə də bir valideynini itirmiş, digəri əlil olan uşaqlar, həmçinin, birinci və ikinci qrup əlilliyi olan uşaqlar təhsil haqqını ödəməkdən azaddırlar.

Millət vəkili Musa Quliyev isə bildirib ki, ödənişli əsasla universitetlərə qəbul olmuş bütün qızların təhsil haqqını dövlətimiz öz üzərinə götürə bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR