Slimfit
  1. İQTİSADİYYAT

Qış fəslinin mülayim keçməsi taxıl və yonca sahələrində gəmiricilərin aktivləşməsinə səbəb olub

Qış fəslinin mülayim keçməsi taxıl və yonca sahələrində gəmiricilərin aktivləşməsinə səbəb olub
Sakura

Qış fəslinin mülayim keçməsi taxıl və yonca sahələrində gəmiricilərin aktivləşməsinə səbəb olub

Qış fəslinin mülayim keçməsi taxıl və yonca sahələrində yuva salan siçanabənzər gəmiricilərin aktivləşməsinə səbəb olub. Soyuq havalarda torpağın altında bitkilərin toxumlarını yeyən bu gəmiricilər isti havalarda yuvalarından çıxaraq bitkinin yaşıl kütləsini məhv etməyə başlayır. Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun apardığı müşahidələrə görə, siçanabənzər gəmiricilərin iki növü - adi və çöl siçanları geniş yayılıb. Bu gəmiriclərin sayı hazırda iqtisadi ziyanlı həddi keçməklə əsasən taxıl əkinlərini məhv edirlər.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Elçin Xəlilov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, aparılan müşahidələr nəticəsində respublikanın Mil Qarabağ və Gəncə-Qazax bölgəsinin taxılçılıq təsərrüfatlarında siçanabənzər gəmiricilərin miqrasiyasının artması dəqiqləşdirilib.

Müəyyən edilib ki, həmin sahələrdə xüsusilə çöl siçanlarının miqdarı daha çoxdur. Ona görə həmin gəmiriclərə qarşı “Brodifak” preparatından istifadə etməklə, 1 kiloqram dənə 25-30 qram olmaqla, mübarizə tədbirləri həyata keçirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR