Slimfit
  1. CƏMİYYƏT

Qırmızı işıqda keçməyə görə hansı ölkədə daha çox cərimə yazılır? – Siyahı

Qırmızı işıqda keçməyə görə hansı ölkədə daha çox cərimə yazılır? – Siyahı
Sakura

Qırmızı işıqda keçməyə görə hansı ölkədə daha çox cərimə yazılır? – Siyahı

Azərbaycanda və eləcə də, digər ölkələrdə sürücülərin ən çox pozduğu yol hərəkəti qaydaları arasında işıqforun qadağanedici işarəsi (qırmızı işıq) verilərkən hərəkətin davam etdirilməsi yer alır.

Ens.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Azərbaycanda qeyd olunan qayda pozuntularını törədən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.2.-ci maddəsinə əsasən cərimələnirlər.

Məcəllənin 327.2.-ci maddəsinə əsasən işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi halında sürücülər səksən manat məbləğində cərimə edilirlər.

Müqayisə üçün qeyd edək ki, region ölkələrində bənzər qayda pozuntularına tətbiq edilən cərimə aşağıdakı kimidir.

Ermənistan - 25 000 dram (57 avro);

Türkiyə - 1 510 lirə (47 avro);

Azərbaycan - 80 manat (43 avro);

Moldova - 750-900 ley (39-47 avro);

Belarus - 110 rubl (32 avro);

Gürcüstan - 50 lari (17 avro);

Ukrayna - 510 qrivna (12 avro);

Rusiya - 1 000 rubl (10 avro).

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR