Qidamız daha sağlam olacaq
"Kommersant.az" xəbər verir ki, Memorandumu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev və "Analitik Ekspertiza Mərkəzi’" MMC-nin direktoru Murad Süleymanov imzalayıblar.
İmzalanma mərasimində çıxış edən Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev bildirib ki, anlaşma memorondumunun imzalanmasında əsas məqsəd qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətləri üzrə vəzifələrinin və hüquqlarının həyata keçirilməsində qarşılıqlı əlaqələrin gücləndirilməsi və əhalinin təhlükəsiz, keyfiyyətli qida məhsulları ilə təmin edilməsində birgə səylərin artırılmasıdır.
Çıxışlardan sonra Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev və "Analitik Ekspertiza Mərkəzi" MMC-nin direktoru Murad Süleymanov əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalayıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət