Slimfit
  1. MARAQLI

Qida şəkilləri niyə bizi acdırır?

Qida şəkilləri niyə bizi acdırır?
Sakura

Qida şəkilləri niyə bizi acdırır?

Uzun-uzadı  pendir videoları və az qaynanmış yumurta fotoları mədəmizi qarışdıra bilər. Ancaq bu 2D qidalar aclığımızı təmin edə bilməz. Yaxşı necə olur ki, piksellər ağzımızı sulandırır?

Prinston Universitetinin neyroloqu Maykl Qrazianonun sözlərinə görə, bunun əsas səbəbi "şəkillər dünyasında inkişaf etməməyimiz"dir. Baxdığınızın yeyilməli bir şey olmadığını bilə bilərsiniz; ancaq beyninizdə milyonlarla il ərzində inkişaf etmiş (izləmək üçün qida proqramları olmadan) neyron yolları bunu bilmir. Yeməyi təmsil edən şeylər beynin həqiqi qidalar üçün istifadə etdiyi eyni sinir xəttindən istifadə edir: Beyindəki gicgah payı, baxdığınız şeyləri dəqiq tanıyır. Duyğuları emal edən, qeyd edən və ən çox sevdiyiniz qəlyanaltıları xatırladan beyin hissəsi, həyəcanlanmağa dəyib-dəymədiyinə qərar verir. Aclıq kimi ibtidai impulslardan məsul olan beyin hissəsi olan hipotalamus, sizi acdıran proseslərin bir hissəsi olan peptidləri buraxır.

Bu bioloji sistem növbəti yeməyinizi harada yeyəcəyinizi bilmədiyiniz vaxtlar daha yaxşı işləyirdi. İndi isə hər yerdə reklam və resept videoları var; bunlar davamlı və tez-tez qarşısıalınmaz yemək siqnalları yaradır. Buna görə, İnstagram da daxil olmaqla hər şeyi lazımlı həddə istifadə etmək vacibdir.

 

Mənbə: popsci.com.tr

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR