Slimfit
  1. İQTİSADİYYAT

“Qida məhsullarının ixracı 37,6 faiz artıb” - Nazir müavini

“Qida məhsullarının ixracı 37,6 faiz artıb” - Nazir müavini
Sakura

“Qida məhsullarının ixracı 37,6 faiz artıb” - Nazir müavini

Bu ilin 5 ayı ərzində Azərbaycanda qeyri-neft ixracı 17,8 faiz artıb.
Azvision.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib. Onun sözlərinə görə, 5 ayda qeyri-neft sənayesində 15,6 faiz artım olub. 

"Ölkədə sənaye parklarında olan rezidentlərin 267 milyon manatlıq məhsulu xarici bazarlara ixrac olunub. Bu rəqəm artacaq, çünki rezidentlər xarici işgüzar əlaqələrini genişləndirirlər. Bu ilin 5 ayı ərzində ticarət dövriyyəsi 28,8 faiz artıb. Bu gün Azərbaycanın 174 ölkə ilə ticarət əlaqəsi var". 

Nazir müavini bildirib ki, bu il kənd təsərrüfatı məhsulları və qida məhsullarının ixracı 37,6 faiz artıb: 

"Azərbaycandan 2166 adda məhsul xarici bazarlara ixrac olunur. Bu ilin 5 ayı ərzində xarici ticarət əməliyyatları aparan iş adamlarının sayı 18400-ə çatıb. Bu isə ötən ilin 5 ayı ilə müqayisədə 74 faiz artım deməkdir". 

R.Məmmədov qeyd edib ki, cari ilin sonuna kimi Qazaxıstanın Nursultan şəhərində, Rusiyada şərab evləri açılacaq, eyni zamanda Çinin bir neçə bölgəsində şərab evlərinin açılması istiqamətində danışıqlar aparılır.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR