Dərc edildi: Baxış sayı: 74
Qəzzada həlak olan jurnalistlərin sayı açıqlandı
Qəzza zolağına edilən hücumlarda daha bir jurnalist həyatını itirib.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu haqda Qəzza hökumətinin Media Ofisi məlumat yayıb.
Bildirilib ki, Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat qaçqınlar düşərgəsinə təşkil edilən hücumda “Əl-Cəzirə” televiziyasının operatoru Əhməd Əl-Lavh həlak olub.
Qeyd edilib ki, 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında öldürülən jurnalistlərin sayı 196-ya yüksəlib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət